BSU Qubada “İnklüziv və adaptiv təhsil” mövzusunda növbəti təlim təşkil edib - FOTOLAR
332
11:46, Bu gün

BSU Qubada “İnklüziv və adaptiv təhsil” mövzusunda növbəti təlim təşkil edib - FOTOLAR

Yanvarın 13-də Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Bakı Slavyan Universitetinə ünvanladığı rəsmi müraciətə uyğun olaraq, region müəllimləri üçün “İnklüziv və adaptiv təhsil” mövzusunda növbəti peşəkar inkişaf təlimi keçirilib.
 
Moderator.az xəbər verir ki, təlim Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarının ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlər, psixoloqlar və korreksion pedaqoqların iştirak etdiyi təlim proqramı inklüziv təhsilin məktəb mühitində tətbiqi, adaptiv yanaşmaların sistemli şəkildə qurulması, eləcə də xüsusi təhsil ehtiyacı olan şagirdlərlə iş üzrə peşəkar bacarıqların inkişaf etdirilməsinə yönəldilib.
 
Proqram çərçivəsində iştirakçıların mövcud bilik və təcrübələrinin dəyərləndirilməsi aparılıb, real məktəb mühitindən götürülmüş nümunələr əsasında praktik müzakirələr təşkil edilib.
 
Təlim zamanı inklüziv siniflərin idarə olunması, disleksiya və öyrənmə çətinlikləri olan şagirdlərlə fərdi yanaşmalar, həmçinin məktəb daxilində multidissiplinar əməkdaşlığın əhəmiyyəti interaktiv üsullarla iştirakçılara təqdim olunub. Fəal öyrənməni təşviq edən simulyasiya tapşırıqları və situativ fəaliyyətlər müəllimlərin mövzuya praktik baxışını gücləndirib.
 
Sessiyanın sonunda əldə olunan rəy və müşahidələr əsasında inklüziv təhsilin region üzrə davamlı inkişafı, məktəblər arasında təcrübə mübadiləsinin genişləndirilməsi və gələcək birgə təşəbbüslərin əhəmiyyəti vurğulanıb.
 
BSU-nun regionlarda keçirdiyi bu tip təlim proqramları inklüziv və adaptiv təhsil yanaşmalarının məktəb mühitində tətbiqinə, pedaqoji heyətin peşəkar inkişafına və hər bir şagird üçün bərabər təhsil imkanlarının yaradılmasına xidmət edir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər