“Anama söz vermişəm ki, bu mövzu haqda danışmayacam, onları millət yaxşı tanıyır” - Aşıq Mübarizdən HƏMKARLARINA sərt sözlər - FOTO+ÖZƏL
318
10:18, Bu gün

“Anama söz vermişəm ki, bu mövzu haqda danışmayacam, onları millət yaxşı tanıyır” - Aşıq Mübarizdən HƏMKARLARINA sərt sözlər - FOTO+ÖZƏL

Aşıq Mübarizlə müğənni Arzu Mələk arasında "Günə Uğurla" verilişində yaşanan gərginlik canlı efirdə qalmaqala çevrilib.
 
Moderator.az xəbər verir ki, veriliş zamanı tərəflər arasında yaranan mübahisə qısa zamanda kəskinləşib. Qarşılıqlı ittihamlar və emosional çıxışlar studiyada vəziyyəti daha da gərginləşdirib. Vəziyyət o həddə çatıb ki, Aşıq Mübariz efiri tərk etmək qərarına gəlib.
 
Canlı yayımda yaşanan bu anlar aparıcını da çətin vəziyyətdə qoyub. Aparıcı qonaqları sakitləşdirməyə və proqramı nəzarətdə saxlamağa çalışsa da, studiyada emosiyalar uzun müddət səngiməyib. Daha sonra müğənni Afət Fərmanqızı da sosial şəbəkədə aşığın ünvanına sərt ifadələr işlədib.
 
Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan mövzu haqda aşıq Mübariz Camaloğlu Moderator.az-a açıqlama verib:
“Anama söz vermişəm ki, bu mövzu haqda daha danışmayacam. Kim bu haqda mənə sual versə cavabsız qalacaq. Verilişdə hər şey oldu və bitdi. Kim nə iş görür, nə deyir özü bilər. Xalqın, millətin gözü tərəzidir. Hər kəs yaxşı bilir ki, o necə insandır, mən necə insanam? Onların ünvanıma dedikləri xalqın və Allahın ixtiyarına buraxıram. Onları da tanıyırlar, məni də. Hər kəs bilir ki, kim necə insandır?”, - deyə aşıq bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər