İranda internet məhdudiyyəti hələ də davam edir - FOTO
433
13:13, Bu gün

İranda internet məhdudiyyəti hələ də davam edir - FOTO

İranda ölkə üzrə internet kəsilməsi artıq 108 saatdır davam edir.
 
Moderator.az xəbər verir ki, bu barədə Azad İran teleqram kanalı məlumat yayıb.
 
Məlumatda bildirilir ki, ölkədə iqtisadi böhranın yaratdığı hökumət əleyhinə etirazlar artdığı bir vaxtda tətbiq olunan bu məhdudiyyət ictimaiyyətin informasiya və rabitəyə çıxışını ciddi şəkildə əngəlləyib.
 
Kibertəhlükəsizlik üzrə nəzarət orqanı NetBlocks "X" hesabında bildirib ki, ölkədə internet bağlantısı normal səviyyənin yalnız 1%-i səviyyəsindədir. Bu isə iranlıların həm dünyadan, həm də bir-birindən təcrid olunmasına səbəb olur, müstəqil media və etirazlarla bağlı məlumatlara çıxışı demək olar ki, mümkünsüz edir.
 
Qeyd edək ki, dünən İranın xarici işlər naziri Abbas Əraqçı isə internetin bərpa olunacağını bəyan etmişdi. Lakin NetBlocks-un məlumatı bu vədlərin hələ yerinə yetirilmədiyini göstərir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər