İlham Vəliyevə universitetdə vəzifə verildi - FOTO
342
12:58, Bu gün

İlham Vəliyevə universitetdə vəzifə verildi - FOTO

Azərbaycan Texnologiya Universitetində iqtisadi məsələlər üzrə rektor müşaviri vəzifəsinə İlham Vəliyev təyin edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.
 
Bildirilib ki, iqtisad elmləri namizədi, dosent İlham Əli oğlu Vəliyev 9 oktyabr 1959-cu ildə Tovuz rayonunun Əlibəyli kəndində anadan olub. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat ixtisası üzrə məzunudur. Müxtəlif illərdə Sənaye Pedaqoji Texnikumunda, Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim və laborant, Bakı İdarəetmə və Texnologiya Kollecində direktor müavini, Azərbaycan Kooperasiya Universitetində prorektor, Bakı Dövlət Sosial-İqtisadi Kollecinin və Şamaxı Dövlət Regional Kollecinin direktoru vəzifələrində çalışıb.
 
İlham Vəliyev Yeni Azərbaycan Partiyasının üzvüdür.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər