Bizi sosial şəbəkələrdən izləyin:
“Bəzən hansısa səbəbə görə sərnişinlərin təyyarəyə gecikməsi halları baş verir. Belə vəziyyətlə rastlaşsanız, ilk atmalı olduğunuz addım bilet aldığınız şirkətin satış mərkəzinə getməkdir. Güzəşt o halda olur ki, uşaq 2 yaşı tamam olmayıb, həmin uşağın 2 yaşına qədər ödənilən biletin 10-15 faizi dəyərində bir vergi tutulur, həmin vergi tam olaraq qayıdır. Birinci cərgədə və ikinci cərgədə ödənişli yerlər satılır. Hamısına şamil etmək olmaz. Müəyyən aviakompaniyalarda həmin yer qisminin pulu tam olaraq müştəriyə, turistə qaytarılır”.
Bunu Moderator.az-a açıqlamasında turizm üzrə ekspert Rəhman Quliyev deyib.
O daha sonra əlavə edib:
“Burada turistlər də diqqətli olmalıdırlar. Çünki onlar turpaket aldıqları zaman getdikləri ölkədə otel sifariş edirlər, getmədən öncə ödənişini edirlər. Aviakompaniya tərəfindən əgər uçuşa gec qalarlarsa, hansısa otel transfer, sığorta bu tam olaraq itə bilər, bu pul qaytarılmayan məbləğ ola bilər. Turizm şirkətləri bir növ turistlərin vəkili rolunu oynamalıdır. Burada hansısa sual yarananda peşəkar turizm şirkəti rahat şəkildə o informasiyanı turistin nəzərinə çatdıracaq. Amma onlayn şəkildə bilet alınır, orada da heç bir qaydalar tam öz əksini tapmır, müqavilə də bağlanmır. Hava limanına getdiyi zaman gecikmələrlə üzləşir, üzərində götürdüyü əşyalardan xəbərsiz olur. Məsləhətim budur ki, turistlər səyahət sığortasından istifadə etsinlər. Sığorta ilə gecikmiş uçuşun pulunu geri almaq mümkündür”, - deyə o bildirib.