Bizi sosial şəbəkələrdən izləyin:
"İran rejiminin devrilməsi həm də İran tərəfindən dəstəklənən HƏMAS, "Hizbullah" və "Ənsar Allah" təşkilatlarının mövcudluğunun sonu demək olacaq".
Moderator.az xəbər verir ki, bu sözləri ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi özünün "X" hesabında etdiyi paylaşımda yazıb.
"Əgər İran xalqı 46 ildən çox davam edən nifrət dolu və səriştəsiz hakimiyyətə son qoymaq qərarına gəlsə, bu, fars təhsil mədəniyyətini, incəsənətini, musiqisini və gücünü bərpa edə, həmçinin HƏMAS, "Hizbullah" və husilərin də mövcudluğuna son qoya bilər", - deyə səfir qeyd edib.