“Danışmır, bir kəlmə də kəsmir, istəmirik efirdə belə görünsün” - yaddaşını itirən aşıq Əhlimanın səhhəti necədir? - ailəsindən AÇIQLAMA+ÖZƏL
1132
09:25, Bu gün

“Danışmır, bir kəlmə də kəsmir, istəmirik efirdə belə görünsün” - yaddaşını itirən aşıq Əhlimanın səhhəti necədir? - ailəsindən AÇIQLAMA+ÖZƏL

“Əhliman müəllim demək olar ki, danışmır, bir kəlmə də kəsmir. Bəzən ola bilər ki, bizimlə bir neçə söz danışsın. Amma çox qısa. Nitqində problemlər var. Yaddaşındakı problemlər də özünü biruzə verir. Bəzən insanları tanıyır, bəzən də yox. Gərək bir neçə dəfə deyəsən ki, filankəsdir, yadına düşsün, tanısın. Müalicəsi yoxdur, Allah özü qorusun. Bütün günü yanında oluruq. Onu bir saniyə belə olsun tək buraxmırıq”.
 
Bunu Moderator.az-a açıqlamasında Əməkdar Mədəniyyət işçisi, fəlsəfə doktoru, dosent Aşıq Əhliman Rəhimovun həyat yoldaşı Aybəniz Salmanova deyib.
O daha sonra əlavə edib:
 
“Bir neçə efir istədi ki, gəlib onu çəksin. Çəksələr belə danışmayacaq. Ona görə də razılıq vermədik. O hər zaman efirlərdə olub, bayramlarda çıxışlar edib. Mahnıları dillər əzbəridir. İstəməzdik ki, onu tamaşaçılar da bu vəziyyətdə görsün. Ona görə də çəkilişlərə icazə vermirik. Qoy elə tamaşaçıların yaddaşında əvvəlki aşıq Əhliman kimi qalsın. Onun bu vəziyyəti ailəsini də, dostlarını da çox üzür. Bizim əlimizdən duadan başqa heç nə gəlmir. Kaş yenə də sazı əlinə götürüb, ifa edə biləydi.. Kaş” - deyə sənətkarın xanımı bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər