Bizi sosial şəbəkələrdən izləyin:
“Əlibaba Abdullayev, Brilliant Dadaşova, Almaz Saraylı, Elnarə Xəlilova mənim qohumlarımdır. Ailəmizdə ümumiyyətlə sənət adamları çoxdur. Onların hər birinə böyük hörmətim var. Bəlkə də bu sənət yolunun davamçılarından ən sonuncusu mənəm. Bilmirəm (gülür). Açığı, sənətə gələndə hansısa xüsusi dəstəyə ehtiyac olmayıb. Hər zaman öz yolumu öz zəhmətimlə getməyə çalışmışam. Bu sahədə özünü sübut etmək hər şeydən önəmlidir. Elnarə Xəlilova isə xalamın qızıdır və o, hər zaman mənə həm mənəvi, həm də peşəkar baxımdan dəstək olub”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış və sevilən müğənni Mina Hüseyn deyib.
O daha sonra Almaz Saraylıdan danışıb. Müğənni jurnalistin “Almaz Saraylı deyəsən sizdən inciyib, xətrinə dəymisiz” sualına belə cavab verib:
“Almaz xanım gözəl insandır, onu çox istəyirəm və sənətkar kimi də böyük hörmətim var. Mən heç bir qohumumdan ögeylik hiss etmirəm, hər kəsin öz baxışı, fikirləri var və onlara hörmətlə yanaşıram. Mən sülh tərəfdarıyam və münasibətləri yaxşı saxlamağa çalışıram, çünki ailə və sənət bir-birinə dəstək olmalıdır”.
Qeyd edək ki, Almaz Saraylı bir müddət əvvəl Mina və Elnarə haqda bunları bildirib:
"Onlar ATV-də elə söz dedilər ki, qəlbimə dəydilər. Əslində babam ikinci dəfə ailə qurub, onlardan olan uşaqlardır. Onlar mənim heç nəyimdilər. Çünki başqa şey dedilər. Elnarə efirdə mənimlə bağlı deyir ki, ögeydi. Efirdə belə bir şey demək olar? O sözə görə onlardan qəlbim qırılıb, mənim heç nəyimdirlər. Ən yaxın qohumlarım Nailə Mirməmmədlidir, doğma əmim qızıdır. Brilliant Dadaşova xalam nəvəsidir. Xalq artisti Əlibaba Abdullayev anamın əmisidir. Bunlardan deyin. Onların adını çəkməyin”, - deyə bildirmişdi.