“Oğlumu çətinliklərlə tək böyütmüşəm, 50 yaşım olur, mart ayında yubileyimdə həm də nənə olacam” - FOTO+ÖZƏL
2816
14:13, Bu gün

“Oğlumu çətinliklərlə tək böyütmüşəm, 50 yaşım olur, mart ayında yubileyimdə həm də nənə olacam” - FOTO+ÖZƏL

“Bir qadın olaraq 25 ildir tək yeriyirəm, tək addımlayıram. Bir Azərbaycan qadını, anası kimi evdə atasız oğul böyütmək asan olmayıb. Bu yolda yıxılmışam, büdrəmişəm, ağladıblar, ağrımışam.. Bütün bunlara baxmayaraq ayaqüstə durmağa çalışmışam. Bu il özümə bir hesabat ilimdir. Həm də artıq danışmaq haqqım var. Oğlumu evləndirmişəm, qaynanayam. İnşallah bir neçə aya nənə olacam. Mart ayında 50 yaşım tamam olacaq. Nəvəm də elə inşallah mart ayında dünyaya gələcək”.
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış teleaparıcı, jurnalist Tahirə Məmmədqızı deyib.
O daha sonra qadınlara aid layihəsindən söz açıb:
 
“Apa tv-də bir neçə ay əvvəl “Qadın lüğəti” adlı bir layihəyə start verdim. Hər bir azərbaycanlı qadının uğura gedən yolda çətinlikləri də olur. Azərbaycan cəmiyyətində bu gün qadın olmaq nə qədər çətin və məsuliyyətlidirsə bunu qadın adını layiqincə daşıyanlar gözəl bilir. Bir qadın dünyasını tanımaq, bir qadın dünyası ilə tanış olmaq çox çətindir. Hər bir qadının bəzən dilə gətirdiyi, bəzən də hamıdan gizlətdiyi qadın lüğəti, kitabı var. Bu layihənin də məqsədi qadınların həyatında gizlətdiyi, acısını, ağrısını, sevincini, bəzən bölüşə bildiyi, bəzən bölüşə bilmədiyi acı həyat yoluna işıq salmaq idi. Hazırda isə eyni kanalda “Söz arasında” layihəsinin aparıcısıyam. Hər dəfə bir mövzu müzakirə olunur. Bu mövzuları öz sənətlərinin peşəkarları ilə müzakirə edib, ortaya çıxan nəticələri tamaşaçılara təqdim edirik. Tamaşaçılar belə tok-şouları sevir və izləyir”.
 
Tahirə Məmmədqızı sosial şəbəkədə məşhurlaşan “jurnalist”-lər dən də danışıb:
 
“Ciddi mətbuat təkcə instaqram, sosial şəbəkələr deyil. Sosial şəbəkədə hamı jurnalist, aparıcı olmağa başlayandan sonra işinin peşəkarları kənarda qaldı. Bu gün vaxtilə kömək etdiyimiz müğənnilərin bəzilərini efirlərə dəvət edə bilmirik. Bəzən həmkarlarımla söhbət edəndə onlar da bundan şikayətlənir. Müğənniləri də o “jurnalistlər” dağ başına çıxartdılar. Bir paylaşımında 10 dəfə səhv edən insanlar jurnalist, aparıcı oldular. Sosial media hamının piar qapısı oldu”, - deyə o bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər