Şamaxıda zəlzələ oldu - YENİLƏNİB + FOTO
881
10 Jan 2026 | 19:33

Şamaxıda zəlzələ oldu - YENİLƏNİB + FOTO

Pirqulu stanasiyasından 9 kilometr cənubda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
 
Bildirilib ki, zəlzələnin gücü episentrdə 4 bal təşkil edib. Yeraltı təkanlar Pirqulu, Şamaxı, Çuxuryurd, Avaxıl, Qızmeydanı, Qaleybuğurd və ətraf kəndlərdə 3-4 bal gücündə hiss olunub.
 
19:10
 
Şamaxı rayonunda zəlzələ qeydə alınıb
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
 
Bildirilib ki, yerli vaxtla saat 18:55-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.8 olub.
 
Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.
 
Yeraltı təkanlar rayonun bir sıra ərazilərində hiss olunub.
 
Link kopyalandı!
Son xəbərlər