Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ Nümayəndələr Palatasının Texas ştatından üzvü Pet Fellon İranın Ali Lideri Əli Xameneiyə xəbərdarlıq ünvanlayıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
İran hökumətinə qarşı genişmiqyaslı etirazlar dövründə o, Xameneiyə və onun yaxın ətrafına bildirib ki, onların ölkəni tərk etmək üçün hələlik imkanları var.
"İran xalqının ayətullahın dini zülmündən azad bir hökumətə haqqı var", - deyə konqresmen vurğulayıb.
Pet Fellon qeyd edib ki, Xamenei və müttəfiqlərinin məsuliyyətlərini nəzərə alaraq, onların ölkəni tərk etmələri vacibdir.