Bu çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı - FOTO
864
09 Jan 2026 | 11:53

Bu çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı - FOTO

İmişli rayonu, Ə.Həmidov küçəsində fəaliyyət göstərən çörək emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı nöqsanlar aşkarlanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
 
Bildirilib ki, müəssisə Şirinov Fuad Həmid oğluna məxsus olub.
 
Müəssisədə temperaturun monitorinqi və qeydiyyatı aparılmır, havalandırma sistemi qurulmayıb, xammal anbarında unlar divardan ara məsafə gözlənilmədən saxlanılır. Eləcə də emal prosesində istifadə edilən avadanlıqlar təmiz saxlanılmır, divarlar qaralıb, döşəmə çirkli vəziyyətdədir, işçilər xüsusi geyimlə təmin edilməyib, müvafiq təmizlik işləri görülmür və digər tələblər pozulub.
 
Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər