Fəlsəfə doktoru dərəcəsi alanların çoxu 36-50 yaşlı olub - FOTO
823
09 Jan 2026 | 11:00

Fəlsəfə doktoru dərəcəsi alanların çoxu 36-50 yaşlı olub - FOTO

Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyası tərəfindən 2025-ci ildə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş iddiaçıların yaş qrupları və elm sahələri üzrə bölgüsü açıqlanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Ali Attestasiya Komissiyası məlumat yayıb.
 
Bildirilib ki ki, ümumilikdə 474 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi verilib. Onlardan 137-si 35 yaşa qədər olan iddiaçılar, 270-i 36-50 yaş aralığında olanlar, 67-si isə 50 yaşdan yuxarı şəxslərdir.
 
Statistik göstəricilərə əsasən, 36-50 yaş qrupunda ən çox fəlsəfə doktoru elmi dərəcəsi alanlar filologiya elmləri (64 nəfər), tibb elmləri (34 nəfər) və iqtisad elmləri (26 nəfər) sahələri üzrə qeydə alınıb. 35 yaşadək iddiaçılar arasında isə iqtisad elmləri (39 nəfər), filologiya elmləri (17 nəfər) və kimya elmləri (11 nəfər) üstünlük təşkil edir.
 
50 yaşdan yuxarı yaş qrupunda da əsas pay filologiya elmləri (17 nəfər), texnika elmləri (12 nəfər) və tibb elmləri (6 nəfər) sahələrinin payına düşür.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər