Hərbi prokuror hərbçilərlə görüşdü - FOTOLAR
838
09 Jan 2026 | 10:15

Hərbi prokuror hərbçilərlə görüşdü - FOTOLAR

Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin Komandanı, general leytenant Namiq İslamzadə ilə birlikdə tədbir keçirərək hərbi qulluqçularla görüşüb.
 
Moderator.az xəbər verir ki, görüş zamanı Hərbi prokuror Hərbi Hava Qüvvələrinin 44 günlük Vətən müharibəsindəki  peşəkarlığından, hazırkı dövrdə hərbi hava qüvvələrinin əhəmiyyətindən bəhs edib. 
 
Vurğulanıb ki, hərbi qulluqçuların fiziki hazırlığı ilə yanaşı, nəzəri biliklərinin artırılması, yeni texnikaların mənimsənilərək peşəkarlıqla idarə olunması, habelə bu sahədə uğur qazanmaq üçün nizam-intizamın yüksək səviyyədə olması tələb olunur. 
 
Hərbi qulluqçular Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yaradılan şəraitə görə razılıqlarını bildirib, gələcəkdə də onların qarşısında qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gələcəklərini qeyd ediblər. 
 
Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub və xidməti fəaliyyətlərində uğurlar arzulanıb.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər