Bizi sosial şəbəkələrdən izləyin:
“Bir neçə ay öncə böyrəyimi satışa çıxaracağımla bağlı paylaşım etdim. Səbəb də bu idi ki, məni efirlərə dəvət etmirdilər. İstəyirdim ki, böyrəyimi satıb, həmin məbləğlə efirlərə çıxım. Bu videonu çəkib paylaşandan sonra aşıq Zülfiyyə məni “Günə uğurla” verilişinə onunla birlikdə çıxmağa dəvət etdi. Daha sonra Tarix Əliyev, Zaur Baxşəliyev məni yenidən efirlərə dəvət etdilər. Bir neçə aparıcı da söz verdi, salona, taksiyə pul xərcləyib getdim amma efirə çıxarmadılar. Zaur Baxşəliyevlə barışmağıma da həmin video səbəb oldu”.
Bunu Moderator.az-a açıqlamasında bazarda kartof təmizləyərkən oxuduğu ifalarla məşhurlaşan Elnarə Vahidova deyib.
O daha sonra hələ də yerli məşhurlardan heç bir dəstək almadığını bildirib:
“15 il bundan əvvəl Mələkxanım Əyubova və Alim Qasımovun yanında oldum. Mənə zərrə qədər də kömək etmədilər. Məni tanımazdan gəldilər. Alim Qasımovun həyat yoldaşı məni uzaqlaşdırdı, dedi ki, “Alimin sənə kömək etməyə pulu yoxdur”. Heç birindən kömək görməmişəm. Əksəriyyəti də məni tanıyır. Toy yoxdur. Çölün düzündə işləyirəm. Böyük çətinliklə soğanı 30 kiloluq kisələrə yığırıq. Günə 50 kisə yığıb, tərəzinin üstünə qoyub çəkirik. Sonra onları daşıyıb xeyli kənara aparırıq. Mənim işim Allaha qalıb. Toy olsaydı bu əziyyətli işdə işləməzdim”, - deyə Elnarə Vahidova deyib.