Bizi sosial şəbəkələrdən izləyin:
Bakının bütün rayonlarında ötən il torpaq sahəsinin qiymətlərində artım qeydə alınıb.
Moderator.az xəbər verir ki, "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinindən Yurd.Media-ya bildirilib ki, ən böyük artım Səbail və Yasamal rayonlarında qeydə alınıb - 37 faizə yaxın. Nəsimi və Nizami rayonlarında torpaq qiyməti bir il əvvələ nisbətən ¼ dəfə, Nərimanov rayonunda isə 1/5 dəfə qalxıb. Ən zəif bahalaşma Qaradağ rayonunda olub - 7 faizdən biraz çox.
Hazırda Bakıda ən bahalı torpaq sahəsi Səbail rayonundadır - sotu təxminən 442 min manat, ən ucuz torpaq sahəsini isə Pirallahı rayonunda almaq olar - sotu 10 min manata.