Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının 7 yanvar 2026-cı il tarixli qərarlarına əsasən MDM-in Müşahidə Şurasında yeni təyinatlar həyata keçirilib.
Moderator.az xəbər verir ki, qərara əsasən, Umeyra Fərhad qızı İbrahimova Milli Depozit Mərkəzinin Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilib. U.İbrahimova bu təyinata qədər MDM-in Müşahidə Şurası sədrinin müavini vəzifəsində çalışıb və 2023-cü ilin mart ayından 7 yanvar 2026-cı il tarixinədək sözügedən vəzifəni icra edib.
Həmin tarixli digər qərara əsasən, Ağahüseyn Kamal oğlu Xudaverdiyev Milli Depozit Mərkəzinin Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. A.Xudaverdiyev 8 may 2023-cü il tarixindən hazırkı təyinata qədər MDM-in İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Bundan başqa, MDM-in İdarə Heyətinin sədri vəzifəsinə də təyinat olub. Bu vəzifəyə 2023-cü ilin mart ayından 2026-cı ilin yanvar ayınadək Milli Depozit Mərkəzinin Müşahidə Şurasının sədri vəzifəsində çalışan Elçin Ağaməmməd oğlu Əlizadə seçilib.
Fotoda Umeyra Fərhad qızı İbrahimova

Fotoda Ağahüseyn Kamal oğlu Xudaverdiyev

Fotoda Elçin Ağaməmməd oğlu Əlizadə
