Narkotik vasitə və odlu silah satan şəxs həbs olundu - FOTO
1526
08 Jan 2026 | 10:18

Narkotik vasitə və odlu silah satan şəxs həbs olundu - FOTO

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində odlu silah və narkotik maddələrin satışını təşkil edən əvvəllər məhkum olunmuş Qorxmaz Əhmədov saxlanılıb.
 
Moderator.az xəbər verir ki, ondan 1 ədəd "AK-74" avtomatı, həmin silaha aid daraq, 3 ədəd patron və yaşadığı ünvandan narkotik vasitə marixuana aşkarlanıb.
 
Q.Əhmədov silah-sursatı Tərtər rayonu ərazisində 1500 manata satmaq istəyib.
 
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
Araşdırma aparılır.
Link kopyalandı!
Son xəbərlər