Bizi sosial şəbəkələrdən izləyin:
Narkotik istintaqı çərçivəsində saxlanılan fenomen Şeyma Subaşı şok etiraf edib.
Moderator.az xəbər verir ki, Şeyma narkotik maddələrdən istifadə etdiyini boynuna alıb.
Məlumata görə, Şeyma Subaşı 30 dekabr 2025-ci ildə Mayamidən İstanbula qayıdarkən İstanbul Hava Limanında saxlanılıb. Barəsində əvvəlcədən həbs qərarı olduğu bildirildiyindən, o, ifadə verməzdən əvvəl qan və saç nümunələrinin götürülməsi üçün Məhkəmə Tibbi Ekspertizası İnstitutuna aparılıb. Təxminən dörd saat davam edən ifadədən sonra Subaşı məhkəmə nəzarəti altında sərbəst buraxılıb və ona ölkədən çıxış qadağası tətbiq edilib.
Bu gün yayılan məlumatlara əsasən, Şeyma Subaşı ifadəsi zamanı narkotik maddə istifadə etdiyini etiraf etsə də, aparılan testlərin nəticələri hələlik açıqlanmayıb. /Milli.az/