Bizi sosial şəbəkələrdən izləyin:
Moldovanın aparıcı Noi.md xəbər portalında Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsindən əsas sitatlar verilməklə məqalə dərc edilib.
Moderator.az AZƏRTAC-a istinadən xəbər verir ki, rumın və rus dillərində dərc olunan məqalədə Prezident İlham Əliyevin Azərbaycanın enerji təchizatında artdığı rol haqqında söylədiyi fikirlər yer alıb. Qeyd olunub ki, Bakı qaz ixracını həm həcm, həm də coğrafi imkan baxımından artırır. Azərbaycan bu gün və uzun illər Avropa istehlakçıları üçün əvəzolunmaz tərəfdaşdır və enerji təhlükəsizliyi baxımından etibarlı təchizatçı kimi rolu daha da artacaq.
Məqalədə dövlət başçımıza istinadla daha sonra vurğulanır ki, Azərbaycan hazırda 14 ölkəyə qaz tədarük edir, onlardan 11-i müntəzəmdir. Bu il daha iki Avropa ölkəsi də bu sıraya əlavə olunacaq və ümumilikdə onların sayı 16 olacaq və bu, boru kəməri ilə qaz tədarükü baxımından ən böyük rəqəmdir.
Sayt yazır ki, dünyada Azərbaycandan başqa heç bir dövlət bu qədər ölkəyə boru kəməri qazı vermir.
"Ötən il Azərbaycan qazının ixracı 25 milyard kubmetrdən çox olub, artım potensialı var.
Məqalədə yazılır ki, Azərbaycan "Azəri-Çıraq-Günəşli" yatağının dərinsulu hissəsindən yeni qaz hasilatı proqnozlaşdırıb. Bu yataqdan çoxlu neft çıxarılır, lakin o, həm də böyük dərinlikdə yerləşən böyük qaz ehtiyatlarına malikdir, ona görə də onu dərin su qazı adlandırırlar. Növbəti illərdə əlavə qaz həcmlərini təmin edəcək "Şahdəniz kompressiyası" adlanan yeni mərhələyə qədəm qoyulacağı gözlənilir.
"Digər perspektivli yataq çox böyük və əhəmiyyətli potensiala malik "Babək" yatağıdır və ona investisiya qoymaqda maraqlı olan bir sıra şirkətlər var. Hazırda hasilatın birinci mərhələsindədir və biz hasil olunan qazı yerli istehlak üçün alırıq. Abşeronun ikinci fazası Azərbaycana indikindən bəlkə də üç dəfə çox qaz verəcək. Beləliklə, bazarlar üçün daha çox qaz olacaq" - sayt yazıb.
Məqalədə Prezident İlham Əliyevin Azərbaycanın enerji siyasətinə dair bir çox fikirləri də yer alıb.