Azərbaycanın beş gəmisinin sanksiyaya məruz qalması ilə bağlı apellyasiya müraciəti hazırlanıb
1885
07 Jan 2026 | 11:13

Azərbaycanın beş gəmisinin sanksiyaya məruz qalması ilə bağlı apellyasiya müraciəti hazırlanıb

2025-ci il ərzində "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) məxsus və birgə sahiblikdə olan ümumilikdə beş gəmi Rusiyaya məxsus xam neftin daşınması iddiası ilə beynəlxalq sanksiyalara məruz qalıb.

Moderator.az APA-ya istinadən xəbər verir ki, sözügedən gəmilərdən ikisi birbaşa ASCO-ya məxsusdur, daha üç gəmi isə şirkətin birgə müəssisəsi olan "SA Maritime AFZECO" vasitəsilə birgə sahibliyindədir və bu səbəbdən Avropa İttifaqı, Böyük Britaniya və Kanada tərəfindən tətbiq edilən sanksiya siyahılarına daxil edilib.

Məlumata görə, ASCO rəhbərliyi məsələ ilə bağlı hüquqi araşdırmaya başlayıb, həm şirkətin, həm də onun birgə müəssisəsinin müvafiq sanksiya tələblərini pozmadığını sübut etmək məqsədilə apellyasiya müraciəti hazırlanıb.

Hələlik apellyasiya prosesinin nəticəsi və vaxt çərçivəsi qeyri-müəyyən olaraq qalır. Bildirilir ki, sanksiyalar ASCO və birgə müəssisəsinin gələcək əməliyyatlarına və maliyyə vəziyyətinə əhəmiyyətli təsir edə bilər.

Əlavə olunub ki, ASCO vəziyyəti ciddi nəzarətdə saxlayır və prosesin gedişatından asılı olaraq müvafiq tədbirlər görüləcək.

Link kopyalandı!
Son xəbərlər