“Atamın qaboyunu heç kimə vermərəm, efirlərdə sənət təbliğ olunmur, atam da yada düşmür” - FOTO+ÖZƏL
8161
07 Jan 2026 | 09:58

“Atamın qaboyunu heç kimə vermərəm, efirlərdə sənət təbliğ olunmur, atam da yada düşmür” - FOTO+ÖZƏL

“Atamdan qaboyu və bəzi şəxsi əşyaları bugünki gündə yadigar qalıb. Onları göz bəbəyim kimi qoruyub saxlayıram. Qaboyunu heç kimə vermərəm, heç muzeyə də təqdim etmərəm. Bəzi geyimlərini paylamışam, amma elə qiymətli əşyaları var ki, gələcəkdə incəsənətlə bağlı bir muzey olarsa ora vermək istərdim. Sənətkarın irsi yaşadılmalıdır. Sözün düzü belə bir muzeyin varlığından xəbərimiz yoxdur. Düzdür, evdə bir otağı atamın əşyaları ilə bəzəmişik. Bu təbii ki, ev şəraitində özümüz üçündür. Əslində bunları geniş ictimaiyyət üçün etmək daha yaxşı olardı. Ümid edirəm ki, gələcəkdə bu arzumuz da yerinə yetəcək”.
 
Bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar, mərhum qaboy ifaçısı Kamil Cəlilovun qızı Gülşən Cəlilova deyib.
O daha sonra əlavə edib:
 
“Son illər nəinki Kamil Cəlilov, heç bir sənətkara qarşı diqqətlə yanaşmırlar, yad etmirlər. Azdan-çoxdan televiziyaları izləyirəm, amma görmürəm. Zəmanə o qədər dəyişib ki, efirlərdə nəinki yaşayan sənətkarlar, heç dünyasını dəyişən sənətkarlar haqda da verilişlər yox dərəcəsindədir. Bu təkcə Kamil müəllimə aid deyil. Ümumiyyətlə sənətkarların yaradıcılığı təbliğ olunmur. Əlbəttə ki, bu çox üzücü bir haldır. Amma o qədər lazımsız, faydasız insanları efirlərdə görürük ki.. Böyük sənətkarlara xüsusi yanaşma lazımdır. Əfsuslar olsun ki, buna diqqət yetirilmir. Kamil müəllim kimi sənətkarlar sənət fədailəri olublar”, - deyə sənətkarın qızı bildirib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər