İllər sonra həmin hadisədən danışdı: “Məni tənqid etsəydilər də cavab qaytarmazdım” - FOTO+ÖZƏL
7872
07 Jan 2026 | 09:49

İllər sonra həmin hadisədən danışdı: “Məni tənqid etsəydilər də cavab qaytarmazdım” - FOTO+ÖZƏL

“2025-ci ildə nə arzularım var idisə hər biri həyata keçdi. Çox şükür Allaha. Əsas odur ki, Allah heç kimi özümüzün və əzizlərimizin sağlamlığı ilə sınağa çəkməsin, imtahan etməsin. 2026-cı ildə də dünyamızın salamat, əzizlərimizin sağlam olmasını arzulayıram. Gözləntilərim budur. İş həmişə öz yerindədir. Öz qaydasında gedir. Biri bərk gedər, biri orta gedər, biri yavaş gedər. Amma sağlamlıq hər şeydən vacibdir”.
 
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Nüşabə Ələsgərli deyib.
O daha sonra dəstək məqsədilə oxuduğu duetlərdən danışıb:
 
“Əksər duetləri tələbələrimlə oxuyuram. Onların potensialını görürəm və dəstək oluram. Həm də istəyirəm inkişaf etsinlər. Onlara dənizdə bir damla da köməyim dəyirsə özümü xoşbəxt sayıram. Mənim duet oxuyacağım müğənnilər istedadlı olmalıdır, səsi və qəşəng musiqi zövqü olmalıdır. Duet oxuyuramsa seçimdə mən də öz sözümü deyəcəm əlbəttə ki. Məsləhət və tövsiyyə edə bilərəm”.
Nüşabə Ələsgərli illər öncə xalq artisti, görkəmli rejissor Ağakişi Kazımovun verilişlərdən birində onun klipini tənqid etdiyini bildirib. Sənətçi deyir ki, hər kəs özündən yaşca və sənətdə böyük olan sənətkarlara hörmət etməlidir:
 
“Bu hadisə uzun illər öncə verilişlərdən birində yaşandı. Allah Ağakişi müəllimə rəhmət etsin. Kübra xanım da həmin verilişdə idi. Allah ona da can sağlığı versin. Mən həmişə özümdən böyüklərə hörmətlə yanaşmışam. Qarşı tərəfə əgər hörmətlə yanaşırsansa, demək ki, sən həm də özünə hörmət edirsən. Çünki həyat da belədir. Zamanı gələndə onun qarşılığını zatən görəcəksən. Orada mən necə hörmətsizlik edə bilərdim ki? Ağakişi müəllim və Kübra xanım rejissor işini bəyənməmişdi, onu tənqid etmişdilər. Mən rejissor deyildim, məni tənqid etmirdilər. Mən nə deyə bilərdim ki? O işin peşəkarı onlar idi. Mən onların işinə qarışa bilmərəm ki. Əgər bir müğənni kimi oxuduğum mahnıya bir söz desəydi belə mən yenə də cavab qaytarmazdım, dinləyərdim. Mən böyükləri dinləməyi bacarıram. Biz ailədən belə görmüşük ki, böyük böyükdür, müəllim müəllimdir. Müəllimə də, valideynlərə də, özündən yaşca böyüklərə də hər zaman hörmət etmək lazımdır. Böyüklər haqsız olsalar belə səbr etmək lazımdır. Səbrli davranarsansa bu da sənin böyüklüyün olar”, - deyə müğənni bildirib.
Link kopyalandı!
Son xəbərlər