Bizi sosial şəbəkələrdən izləyin:
"Vaxtilə İçərişəhərdə "Tut ağacı" meydanı adı ilə tanınan bu yerə öz qədim adı - "Ağa Salah Meydanı" adı qaytarıldı".
Moderator.az xəbər verir ki, bunu Xalq artisti, bəstəkar Eldar Mansurov sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, bu meydanı yaradan şəxs onun ulu babası Ağa Salah bəy Mansurov olub.
"Tarixi adın yenidən bu meydana qaytarılmasına görə İçərişəhər Dövlət Tarix-Memarlığı Qoruğunun rəhbərliyinə özümün və ailəmin adından minnətdarlığımı bildirirəm", - deyə bəstəkar qeyd edib.