Ramzan Kadırov oğluna yüksək VƏZİFƏ VERDİ - FOTO
1654
06 Jan 2026 | 13:13

Ramzan Kadırov oğluna yüksək VƏZİFƏ VERDİ - FOTO

Çeçenistan rəhbəri Ramzan Kadırov ailə üzvlərindən birini daha yüksək dövlət postuna gətirib. Onun 20 yaşlı oğlu Axmat Kadırov Baş nazirinin müavini təyin olunub.
 
Moderator.az xəbər verir ki, bu barədə Kadırov şəxsi “Telegram” hesabında paylaşım edib.
 
Axmat Kadırov hazırda eyni zamanda respublikanın bədən tərbiyəsi və idman sahəsinə kuratorluq edir. O, ötən ilin may ayından etibarən bu quruma rəhbərlik edən şəxs kimi fəaliyyət göstərir. Bundan əvvəl isə 2024-cü ilin fevral–may ayları arasında gənclər siyasəti üzrə nazir postunu tutub.
 
Kadırovun digər övladları da müxtəlif strukturlarda önəmli mövqelərə sahibdir. Belə ki, oğlu Zelimxan 2024-cü ildən etibarən “Axmat” döyüş klubuna və Çeçenistan Boks Federasiyasına rəhbərlik edir. Daha kiçik oğlu Adam isə 2025-ci ildə Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edilib.
 
Qeyd edək ki, son dövrlərdə Ramzan Kadırovun sağlamlıq vəziyyəti ilə bağlı müxtəlif iddialar gündəmə gətirilir. Bəzi media qurumları onun ciddi xəstəlikdən əziyyət çəkdiyini yazsa da, Çeçenistan rəhbəri bu cür məlumatları dəfələrlə təkzib edib və səhhətində problem olmadığını bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər