Bizi sosial şəbəkələrdən izləyin:
“Orxan İlhamə xanımınn doğma oğlu deyil, xalasının nəvəsidir. Orxanın anasının adı Lalədir. Çox təəssüf ki, artıq Orxan həyatda yoxdur. Mən evin içiyəm, bilirəm nə var, nə yox! Orxanın anası Lalə həyat yoldaşımın bibisinin qızıdır. İlhamənin xalası qızıdır. Lalə xanım özü də Tükəzban xanımgildə böyüyüb. Həbib İsmayılov onları öz qızları kimi böyüdüb, ərə verib”.
Bunu Moderator.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib.
O daha sonra İlhamə Quliyevanın oğlu Orxanın taleyindən danşıb:
“Orxan Moskvada nə işlərlə məşğul idisə onu güdürdülər. Sonuncu dəfə anası ilə danışıb. Deyib ki, “mama, məni güdürdülər, mən onları itirdim”. Bu sözü deyib və telefon sönüb. Sonra nə olubsa, nə olmayıbsa bilinmir. Onu itiriblər. Lalə hazırda heç birimizi danışdırmır, bizdən küsüb. Guya biz günahkarıq. Biz nə edək?”.
Əli Mirəliyev İlhamə Quliyevanın nəvəsindən də danışıb:
“Orxan toyundan 2-3 ay sonra yoldaşından ayrıldı. İlhamə xanım pul yığmaq üçün toy etmişdi. Görmədiniz ki, ora hansı deputatlar, iş adamları, dövlət xadimləri gəlmişdi? Gəlini evlərini satıb, anasının yanına getdi. Övladını da aparıb. Orxan ərköyün böyümüşdü. Övladını da Allah saxlasın. Orxan yoxdur deyə onun ailəsi ilə də maraqlanmırıq”, - deyə Əli Mirəliyev deyib.