Bizi sosial şəbəkələrdən izləyin:
Şair Cığatel İsaqızı avtomobil qəzasında dünyasını dəyişən 10 yaşlı nəvəsi Süleymanla bağlı paylaşım edib.
Şair nəvəsinin ad günü olduğunu qeyd edib və bu münasibətlə yazdığı şeiri yayımlayıb.
Qeyd edək ki, sözügedən hadisə ötən il Ələt-Astara magistralının 38-ci km-də, Salyandan keçən hissəsində qeydə alınıb. Belə ki, “Nissan” və “Opel” markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən - Ağstafa sakini, 1987-ci il təvəllüdlü Qasımov Ayaz Camal oğlu ağır xəsarət alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sürücünün oğlu, 2014-cü il təvəllüdlü Qasımov Süleyman Ayaz oğlu hadisə yerində ölüb. (Axşam.az)