Maduronun var-dövləti AÇIQLANDI - At tövləsi, milyonlarla dollarlıq...
1483
04 Jan 2026 | 20:00

Maduronun var-dövləti AÇIQLANDI - At tövləsi, milyonlarla dollarlıq...

ABŞ-ın Venesuelaya hücumu nəticəsində Nikolas Maduro və həyat yoldaşı saxlanılaraq Nyu-Yorka gətirildilər. 

Moderator.az xəbər verir ki, ötən ilin avqust ayında baş prokuror Pam Bondi Maduronun 700 milyon dollarlıq aktivlərinin -  o cümlədən lüks təyyarələr, əmlaklar, avtomobillər, zərgərlik əşyaları və nağd pulun müsadirə edildiyini açıqlayıb. Maduronun aktivlərinin siyahısı belədir...

Dassault FALCON 900EX reaktiv təyyarəsi

Maduronun "prezident təyyarəsi" kimi istifadə etdiyi bu təyyarə 2024-cü ilin sentyabr ayında ABŞ tərəfindən Dominikan Respublikasında müsadirə edilərək Floridaya aparılıb. Təxminən 13 milyon dollar dəyərindədir.

Dassault FALCON 2000EX reaktiv təyyarəsi

2025-ci ilin fevral ayında Dominikan Respublikasında ikinci özəl təyyarə müsadirə edilib. Bu təyyarədən həmçinin Maduro rejiminin yüksək vəzifəli şəxsləri də istifadə edirdi.

• Dominikan Respublikasında bir malikanə

• Floridada bir neçə lüks ev

• At ferması

• Doqquz lüks avtomobil

• Milyonlarla dollarlıq nağd pul və zərgərlik əşyaları. /lent.az/

Link kopyalandı!
Son xəbərlər