Maduronun əynindəki idman geyiminin QİYMƏTİ AÇIQLANDI - FOTO
1573
03 Jan 2026 | 22:37

Maduronun əynindəki idman geyiminin QİYMƏTİ AÇIQLANDI - FOTO

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduronun Amerika təhlükəsizlik qüvvələri tərəfindən tutulmasından sonra ilk fotosunu sosial mediada paylaşıb.
 
Moderator.az xəbər verir ki, Amerikanın "İvo Jima" gəmisində fotosu çəkilən Maduro boz rəngli "Nike" idman geyimi geyinib. Kostyumun qiyməti brendin veb saytında 140 dollara (təxminən 238 AZN) satılır.
 
Bundan əlavə, siyasətçinin gözləri möhkəm oturan, işığa davamlı eynəklə örtülüb.
 
Tramp bildirib ki, Maduro hazırda ABŞ hərbi gəmisindədir və Nyu-Yorka məhkəməyə aparılacaq. /Publika.az/
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər