Ukrayna və ABŞ dörd bölmədən ibarət hərbi sənədi razılaşdırıb
1453
03 Jan 2026 | 20:25

Ukrayna və ABŞ dörd bölmədən ibarət hərbi sənədi razılaşdırıb

"Ukrayna və ABŞ Baş qərargahlar səviyyəsində dörd bölmədən ibarət hərbi sənədi razılaşdırıb".
 
Moderator.az "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukrayna Baş Qərargahının rəisi Andrey Qnatov bildirib.
"Amerika Birləşmiş Ştatları ilə baş qərargahlar səviyyəsində ikitərəfli iş aparılıb. Hərbi sənəd razılaşdırılıb. Sənəd dörd bölmə, dörd əlavədən ibarətdir... Bütün bu bölmələr Ukrayna və onun Silahlı Qüvvələrinin təminatı, bərpası, modernləşdirilməsinin necə dəstəklənəcəyi, razılaşmalara riayət olunmasının necə izlənəcəyi, hər iki tərəfdən müqavilə ilə bağlı pozuntuların aşkarlanacağı halda hansı reaksiyaların olacağı barədədir", - o, bu gün Kiyevdə Avropa ölkələrinin milli təhlükəsizlik məsələləri üzrə müşavirləri ilə görüşün yekunlarına dair bildirib.
 
Qnatov bunun məhz ikitərəfli müqavilə olduğunu vurğulayıb.
 
Onun sözlərinə görə, hazırda digər tərəfdaş ölkələrlə də belə bir iş davam etdirilir. Belə ki, bölmələrdən biri "Arzuedənlər koalisiyası"nın fəaliyyətinə aiddir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər