2358
03 Jan 2026 | 18:22

"Nyu-York şəhəri İslam mədəniyyəti ayı şərəfinə yaşıl rəngə boyanıb" - "Associated Press"

 
"Zöhran Mamdani Qurana əl basaraq şəhərin ilk müsəlman meri kimi and içib..."
 
Nyu-York şəhərinin bütün hökumət və simvolik binaları bu gün İslam bayrağının yaşıl rəngli işigına qərq olub.
 
Moderator.az xəbər verir ki, bu barədə "ap.org" agentliyi məlumat yayıb.
 
Məlumatda deyilir ki, bu, şəhərdəki müsəlman mədəniyyəti ayına həsr olunmuş tədbirlər çərçivəsində baş verib. Hadisə Nyu-Yorkun yeni meri Zöhran Mamdaninin Qurana əl basaraq andiçməsindən bir gün sonra reallaşıb. Nyu-York qubernatoru, Demokrat Partiyasından Katlin Hokul bildirib: "Ölkədə ən böyük müsəlman əhalisinin yaşadığı Nyu-York bu aylığı qeyd etməkdən qürur duyur və müsəlman amerikalı icmalarımızın dəyərlərini, imanını və ənənələrini tanıyır".
 

 
Şəhərin simvolik binaları yaşıl işıq altında
Yaşıl işıqla işıqlandırılacaq binalar arasında 2001-ci il sentyabrın 11-də islam ekstremistləri tərəfindən dağıdılmış Dünya Ticarət Mərkəzinin yerində ucalan Beynəlxalq Ticarət Mərkəzi də var. Cümə axşamı Zöhran Mamdani Qurana əl basaraq and içib və Böyük Alma Şəhərinin ilk müsəlman meri olub.
O, açıqlamasında deyib: "Cümə axşamı qürurla and içərək şəhərimizin ilk müsəlman meri oldum. Müsəlmanlar əsrlər boyu Nyu-Yorkun bir hissəsi olublar. Biz kiçik biznes qurmuşuq, ailələr böyütmüşük, müxtəlif peşələrdə fəaliyyət göstərmişik, mədəniyyətimizi və mətbəximizi zənginləşdirmişik və şəhərimizin bu günkü simasına töhfə vermişik".
Yeni idarəetmənin planları və tənqidlər
 
Yeni hakimiyyət Nyu-Yorkda 11 sentyabr hadisələrindən sonra müsəlmanlara qarşı aparılan təzyiq və ayrı-seçkiliyə son qoyacağını bildirir. Şəhərdə yeni ənənəyə çevriləcək digər addımlardan biri isə antiisrail fəaliyyət göstərən təşkilatlara qarşı yumşaldılmış siyasətdir. Xüsusilə, andiçmədən dərhal sonra Mamdani İsrailə boykot qadağasını ləğv edib və İsrailə yönələn hücumları antisemitizmə bərabər tutan fərmanı aradan qaldırıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər