Biçənək kəndinə 43 santimetr qar yağıb - FOTOLAR
238
15:00, Bu gün

Biçənək kəndinə 43 santimetr qar yağıb - FOTOLAR

Naxçıvan Muxtar Respublikasının müxtəlif rayon və kəndlərində qar yağır.
 
Moderator.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, Kəngərli, Şərur, Culfa, Sədərək, Şahbuz, Ordubad, Biçənək, Parağaçay, Axura və Kükü ərazilərində yağıntı əsasən zəif intensivlikdə olub.
 
Sədərək rayonu ərazisində qar örtüyünün hündürlüyü 6, Axura kəndində 9, Şahbuz rayonunda isə 5 santimetr təşkil edir. Kükü ərazisində qar örtüyünün hündürlüyü 37, Biçənəkdə 43, Parağaçay Qar Uçqunu Stansiyasında isə 16 santimetr ölçülüb. Parağaçay Qar Uçqunu Stansiyası ərazisində dağlıq sahələrdə dumanlı hava şəraiti müşahidə olunmur.
 
Bəzi ərazilərdə qar yağması fasilələrlə davam edir, Kükü kəndində isə hazırda yağıntı dayanıb.
Link kopyalandı!
Son xəbərlər