813
13:47, Bu gün

"Ukrayna dördüncü hərbi Yeni ili qarşıladı: cəbhədə nikbinlik yox, dözüm var" - "The New York Times"

 
"Ukraynalı əsgərlər üçün müharibənin sonu hələ də uzaq və qeyri-müəyyən görünür..."
 
Ukrayna dördüncü dəfədir ki, Yeni ili müharibə şəraitində qarşılayır, əsgərlər beşincinin də gələcəyinu düşünür.
 
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazıb.
 
Yeni il gecəsi səngərdə 
 
Nəşr qeyd edir ki, ölkə daxilində insanlar prezidentin müraciətini dinləyib bayram süfrəsi arxasına toplaşdığı saatlarda, cəbhə xəttində əsgərlər dronlarla mövqe axtarır, zabitlər isə əməliyyatları koordinasiya edirdi.
 
Bir çox ukraynalı hərbçi artıq 2027-ci ili də səngərlərdə qarşılayacaqlarını real ssenari kimi görür. "Gələcək üçün plan qurmaq çətindir", - "Da Vinçi Canavarları" taborunun zabitlərindən biri 2026-cı ildən gözləntiləri soruşularkən nəşrə deyib. Digər bir əsgər isə yeni il üçün yeganə məqsədinin "sadəcə sağ qalmaq" olduğunu bildirib.
Müharibə yorğunluğu var, amma məğlubiyyət hissi yoxdur
 
Məqalədə vurğulanır ki, cəbhədə vəziyyət Ukrayna üçün fəlakətli sayılmasa da, sürətli sülhə dair ümidlər zəifdir. Son bir ildə müharibə getdikcə texnologiyalar, taktika və resurslar arasında yarışa çevrilib.
 
Dronların rolunun artması Rusiya ordusunu iri zirehli hücumlardan imtina edib kiçik piyada qrupları ilə irəliləmə taktikasına keçməyə məcbur edib. Bu taktika Moskvaya müəyyən lokal nəticələr versə də, nəşr yazır ki, Rusiya ordusunun cəbhədə irəliləyişi "ilbiz sürəti" ilə gedir və bu, diplomatik cəbhədəki gərginliklə müqayisədə xeyli məhduddur.
 
"Oğlum böyüyənədək müharibə bitməlidir"
 
"Da Vinçi Canavarları"nın komandiri Sergey Filimonov etiraf edir ki, 2025-ci il Ukrayna Müdafiə Qüvvələri üçün son dərəcə ağır olub və hamı yorulub. Amma onun sözlərinə görə, Rusiyanın qələbəsindən danışmaq hələ tezdir. "Düşmənin vəziyyətini və davranışını görəndə inanırıq ki, hər şey yaxşı olacaq. Ümidim odur ki, müharibə oğlum böyüyənə qədər bitsin, o, silah götürməyə məcbur qalmasın", - 31 yaşlı mayor deyib. Onun 8 yaşlı oğlu və 2 yaşlı qızı var.
 
Uzanan müharibə, dəyişməyən reallıq
 
Nəşr xatırladır ki, bir il əvvəl ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp müharibəni 24 saata bitirə biləcəyini iddia edirdi. Amma aradan keçən vaxt göstərdi ki, Vaşinqton-Kiyev münasibətlərində dalğalanmalar olsa da, cəbhədə əsas reallıq dəyişməyib: müharibə davam edir və ukraynalı əsgərlər yeni ili yenə səngərdə qarşılayır.
Link kopyalandı!
Son xəbərlər