Kürdəmirdə avtomobil aşıb: Xəsarət alanlar var - FOTO
179
11:30, Bu gün

Kürdəmirdə avtomobil aşıb: Xəsarət alanlar var - FOTO

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
 
Moderator.az xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.
 
Belə ki, İbrahim Novruzov "Hyundai i30" markalı avtomobillə qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
 
Qəza zamanı avtomobildə olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar və həkim nəzarətinə götürülüblər.
 
Faktla bağlı araşdırma aparılır. /report/
Link kopyalandı!
Son xəbərlər