557
13:30, Bu gün

"Putinin Valdaydakı iqamətgahına hücum olmayıb" - ISW

 
"Kremlin saxta narrativi sülh prosesini pozmağa yönəlib..."
 
Kremlin Ukraynanın guya Vladimir Putinin Valdaydakı iqamətgahına dron hücumu etməsi ilə bağlı iddiaları əsassız və manipulyativ xarakter daşıyır.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.
 
Sübut yoxdur, açıqlamalar ziddiyyətlidir
 
ISW qeyd edir ki, sözügedən "hücum"u təsdiqləyən heç bir dəlil mövcud deyil. Açıq mənbələrdə partlayış, yanğın və ya tüstü görüntüləri, geolokasiyalı videolar, yerli hakimiyyət və regional KİV-lərin obyektə ziyanla bağlı məlumatları yoxdur.
 
Analitiklər Lavrovun "89 dron vurulub" açıqlamasının Rusiya Müdafiə Nazirliyinin eyni gecə üçün bildirdiyi "47 dron" rəqəmi ilə ziddiyyət təşkil etdiyini vurğulayır. 
 
ISW həmçinin xatırladır ki, Valday ətrafında HHM sistemləri son illərdə ciddi şəkildə gücləndirilib və bu cür "hücumun" texniki baxımdan baş verməsi real görünmür. Rusiyanın "Sota" müxalif nəşri də bölgə sakinlərinin həmin gecə HHM səsləri eşitmədiyini bildirib.
 
Beynəlxalq şübhələr və siyasi motivlər
ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker "Fox Business"-ə açıqlamasında bu iddialara şübhə ilə yanaşıldığını deyib. Onun sözlərinə görə, sülh danışıqları fonunda Ukraynanın belə təxribatçı addım atması məntiqsiz olardı. Donald Trampın da bu versiyaya inanmadığı vurğulanıb.
 
Ukrayna xarici işlər naziri Andrey Sibiqa isə Rusiyanın heç bir inandırıcı sübut təqdim etmədiyini bildirərək bu açıqlamaları "Kremlin növbəti yalanı" adlandırıb. XİN sözçüsü Georgi Tixiy də Valdayla bağlı "mif"in Moskvanın sülh danışıqlarından yayınmaq və mövqeyini sərtləşdirmək məqsədi daşıdığını qeyd edib.
Analitiklərin və rəsmi mənbələrin ümumi qənaətinə görə, Valday iddiası real hadisəyə deyil, informasiya manipulyasiyasına əsaslanır və əsas məqsəd sülh təşəbbüslərini bloklamaq, yeni eskalasiyaya zəmin yaratmaqdır.
Link kopyalandı!
Son xəbərlər