Bakıda güclü külək ağacı yüksək gərginlikli elektrik xəttinin üzərinə aşırıb - FOTO
340
10:00, Bu gün

Bakıda güclü külək ağacı yüksək gərginlikli elektrik xəttinin üzərinə aşırıb - FOTO

Gecədən başlayan güclü külək Bakı və ətraf ərazilərdə ciddi fəsadlara yol açıb.
 
Moderator.az "Report"a istinadla xəbər verir ki, paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsində qırılan iri gövdəli ağac yüksək gərginlikli elektrik xəttinin üzərinə aşıb.
 
Hadisə nəticəsində yaxınlıqdakı evlərə və bir avtomobilə ziyan dəyib.
 
Qırılmış ağac küçədə sakinlərin hərəkətinə mane olub. Hadisə nəticəsində ətrafda olan evlər işıqsız qalıb.
Link kopyalandı!
Son xəbərlər