Məşhur müğənni xərçəngdən əziyyət çəkir - FOTO
222
15:40, Bu gün

Məşhur müğənni xərçəngdən əziyyət çəkir - FOTO

Arabesk musiqisinin sevimli adlarından biri olan Cansever xərçəngdən əziyyət çəkir.
 
Leykemiya müalicəsi aldığını açıqlayan ifaçı xəstəxana otağından pərəstişkarlarına video çəkib. Bir müddətdir kimyaterapiya alan sənətçi qəbul etdiyi güclü dərmanlar səbəbindən çətinlik çəkdiyini və bu dərmanların daim yuxululuğa səbəb olduğunu söyləyib.
 
 Pərəstişkarlarına dualarına görə təşəkkür edən Cansever "Hər kəsə ayrı-ayrılıqda cavab verə bilmərəm. Buna görə də bu videonu çəkmək istədim. Allah hamınızı həyatımda saxlasın. Mətbuatda eşitdiyiniz kimi, mənə leykemiya diaqnozu qoyulub. Buna görə də bu paylaşımı etmək istəyirəm. Çünki çox insan zəng edir və yazır. Hər kəsə cavab verə bilmirəm. Amma hər şey yaxşı olacaq. Almaniyadayam, həkimlərim çox yaxşıdır. Cümə günü kimyaterapiyaya başlayacağam. İnşallah, Allahın adı və dualarınızla... İnşallah, hər şey yaxşı olacaq. Hamınızı çox sevirəm, dualarınızı gözləyirəm" szölərini deyib. /axşam.az/
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər