İstanbulda Türkiyə və Azərbaycana məxsus tankerlər TOQQUŞDU - Rəsmi açıqlama - YENİLƏNİB
393
14:05, Bu gün

İstanbulda Türkiyə və Azərbaycana məxsus tankerlər TOQQUŞDU - Rəsmi açıqlama - YENİLƏNİB

İstanbulun Florya sahillərində Kiçikçəkməcə lövbər rayonunda müşahidə olunan küləkli hava şəraiti səbəbindən "Kəlbəcər" tankerinin lövbər zənciri yaxınlıqdakı Türkiyə bayraqlı "Alatepe" tankerinin pərinə ilişib.
 
ASCO-dan Oxu.az-a bildirilib ki, hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib. Mövcud təlimata uyğun olaraq, liman müfəttişliyinin heyəti əraziyə cəlb olunub.
 
Hazırda xidmət əməkdaşları tərəfindən hər iki gəmidə müvafiq texniki işlər aparılır və lövbər zəncirinin təhlükəsiz şəkildə buraxılması istiqamətində tədbirlər davam etdirilir.
 
Hadisə zamanı gəmidə yük olmayıb.
 
Vəziyyət nəzarət altındadır, heyətin təhlükəsizliyi ilə bağlı hər hansı narahatlıq yoxdur.
 
Xilasetmə işlərinin gedişatı ilə bağlı ətraflı məlumat veriləcək.
 
13:34
 
İstanbulun Florya sahillərində biri Azərbaycan, digəri isə Türkiyə bayrağı altında üzən iki tankerdən təcili yardım çağırışı daxil olub.
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 
Məlumata görə, xilasetmə qrupları hadisə yerinə göndərilib.
Link kopyalandı!
Son xəbərlər