“Tamaşaçılar deyir ki, bir ana rolunu da sən oyna, niyə oynamırsan?” - FOTO+ÖZƏL
837
13:35, Bu gün

“Tamaşaçılar deyir ki, bir ana rolunu da sən oyna, niyə oynamırsan?” - FOTO+ÖZƏL

“Sağ olsun, Murad Dadaşov hər zaman mənə diqqət yetirir. Xəzər televiziyasına tez-tez dəvət alıram. Özümü yaxşı hiss edəndə gedirəm. Zaur Baxşəliyevə də təşəkkür edirəm. Məni yaddan çıxarmırlar”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Lətifə Əliyeva deyib.
 
O daha sonra əlavə edib:
“Küçədə gəzəndə tamaşaçılar deyir ki, “gözümüz səni axtarır”. Hər dəfə ana rollarını görəndə deyirlər ki, elə bildik ki, sən oynayacaqsan? Deyirəm ki, oynayanlar var. Deyirlər ki, “birini də sən oyna da”. Bu sözləri eşidirəm və əzab çəkirəm. O insanlara minnətdaram. Vaxtilə çox rollar arzulamışam. Taleyimdən elə də narazı deyiləm. Oynadığımı oynamışam, oynamadığıma da zaman imkan verməyib. Dəhşətli bir dramatik rol istəyirdim”.
 
Lətifə Əliyeva filmlərdəki rollardan da danışıb:
“ “Lətifə”, “Ağ atlı oğlan”, “Şans”, “O dünyadan gələn səs” və s. filmlərində oynamışam. Kiçik də olsa rollarım var. Amma “Bəyin oğurlanması” bu filmləri üstələdi. Vaqif Mustafayev zamanın nəbzini tutan rejissordur. O filmdəki rolumda bir kəlmə söz olmasa da, nisgil var idi. Yaşar Nuri milyon rol oynayıb, amma onun bu rolunu daha çox sevirəm. Bu əsl həyatdır. Həyatın özüdür”, - deyə aktrisa bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər