Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycanda fəaliyyət göstərən vəkil bürolarının sayı 144-ə çatıb.
Moderator.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov Bakı şəhəri 1 saylı Vəkil Bürosunun yeni inzibati binasının açılış mərasimi zamanı deyib.
Onun sözlərinə görə, bu qurumların hamısı beynəlxalq standartlara cavab verən maddi-texniki baza ilə təmin olunub.
A.Bağırov həmçinin bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə dekabrın 28-nin Vəkil Günü kimi təsis edilməsi ölkədə vəkillik institutuna, vəkillərin peşəkar fəaliyyətinə və onların ədalət mühakiməsinin təmin olunmasında mühüm roluna göstərilən yüksək dövlət diqqətinin və dəyərin bariz nümunəsidir.
Tədbirin sonunda büroda fəaliyyət göstərən vəkillərin iştirakı ilə iclas keçirilib. Görüş zamanı vəkillərin peşə fəaliyyəti ilə bağlı qarşılaşdıqları məsələlər və təklifləri dinlənilib, VK-nın Rəyasət Heyəti tərəfindən son dövrdə görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verilib, həmçinin vəkilləri maraqlandıran suallar ətraflı cavablandırılıb.