Milli Onkologiya Mərkəzinin həkimi vəfat edib - FOTO
311
15:11, Bu gün

Milli Onkologiya Mərkəzinin həkimi vəfat edib - FOTO

Anestezioloq-reanimatoloq Elbrus Allahverdi oğlu Şükürov dünyasını dəyişib.
 
Moderator.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
 
Qeyd edək ki, E.Şükürov 1980-1986-cı illərdə Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) Müalicə-profilaktika fakültəsində təhsil alıb, 1986-1987-ci illərdə Təcili Tibbi Yardım xəstəxanasında Anesteziologiya-Reanimatologiya üzrə internatura keçib. 1987-1991-ci illərdə Əli Bayramlı (indiki Şirvan) Mərkəzi Xəstəxanasında anestezioloq vəzifəsində çalışan E.Şükürov 1991-ci ildən Milli Onkologiya Mərkəzinin Anesteziologiya şöbəsində anestezioloq vəzifəsində çalışıb.
Link kopyalandı!
Son xəbərlər