BSU-nun rektoru Astara rayonunda məktəblilərlə görüş keçirib - FOTOLAR
288
14:59, Bu gün

BSU-nun rektoru Astara rayonunda məktəblilərlə görüş keçirib - FOTOLAR

Dekabrın 23-də Bakı Slavyan Universitetinin(BSU) rektoru Anar Nağıyev " Konstitusiya və Suverenlik İli " tədbirlər planı çərçivəsində Astara rayonunun Yalçın Nəsirov adına Sərək kənd tam orta ümumtəhsil məktəbinin yuxarı sinif şagirdləri ilə görüş keçirib.
 
Moderator.az xəbər verir ki, "Yeni dövrün Azərbaycanı" mövzusunda təşkil edilən görüşdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin sektor müdiri Xədicə Əliyeva, Yalçın Nəsirov adına Sərək kənd tam orta ümumtəhsil məktəbinin direktoru Nuranə Həmidova və məktəbin şagirdləri iştirak ediblər.
 
Görüş zamanı BSU-nun rektoru Anar Nağıyev çıxış edərək Azərbaycanın müasir inkişaf yolunda Konstitusiyanın, dövlətçilik ənənələrinin və suverenliyin rolundan danışıb. Rektor bildirib ki, seminarın əsas məqsədi Azərbaycanın müstəqillik yolunda keçdiyi tarixi mərhələləri,  Konstitusiyanın qəbulunun əhəmiyyətini, həmçinin Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət quruculuğu siyasətinin nəticələrini gənc nəslə çatdırmaqdır. Qeyd olunub ki, Konstitusiya ölkənin hüquqi, siyasi və ictimai həyatının əsasını təşkil edir və hər bir vətəndaşın hüquq və vəzifələrini müəyyənləşdirir.
 
A.Nağıyev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanın xilasının və davamlı inkişafının başlanğıcı olub. Atəşkəs haqqında razılığın əldə edilməsi, “Əsrin müqaviləsi”nin imzalanması və ilk milli Konstitusiyanın qəbul edilməsi ölkədə sabitliyin, iqtisadi inkişafın və hüquqi dövlət quruculuğunun əsasını qoyub. 
 
Çıxışında şəhidlərin, xüsusilə məktəbin adını daşıyan Azərbaycanın Milli Qəhrəmanı Yalçın Nəsirovun timsalında dövlətçiliyin qorunması uğrunda canından keçən gənclərin tarixi xidmətlərini vurğulayıb. 
 
Rektor A.Nağıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyini, Qarabağ və Şərqi Zəngəzurun yeni inkişaf mərhələsinə daxil olduğunu diqqətə çatdırıb. O yeni dövrdə gənclərin üzərinə daha böyük məsuliyyət düşdüyünü vurğulayaraq onların sağlam düşüncəli, milli-mənəvi dəyərlərə sadiq və dövlətçilik təfəkkürünə malik vətəndaşlar kimi yetişməsinin vacibliyini qeyd edib.
 
Çıxışında A.Nağıyev gəncləri öz üzərlərində daim işləməyə, bilik və bacarıqlarını inkişaf etdirməyə, harada yaşamalarından və hansı peşəni seçmələrindən asılı olmayaraq, yeni dövrün Azərbaycanının layiqli vətəndaşları kimi ölkənin gələcəyinə töhfə verməyə çağırıb.
 
Lənkəran-Astara Regional Təhsil İdarəsinin sektor müdiri X.Əliyeva bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs edərək, bölgə üzrə şagirdlərin ali təhsil müəssisələrinə qəbul göstəricilərini diqqətə çatdırıb.
 
Məktəbin direktoru N.Həmidova isə məktəbdə formalaşdırılan tədris mühiti, müəllim–şagird əməkdaşlığı və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Link kopyalandı!
Son xəbərlər