Abşeronda partlayıcı satanlar saxlanıldı - FOTO
2049
26 Dec 2025 | 13:08

Abşeronda partlayıcı satanlar saxlanıldı - FOTO

Abşeron rayonunda pirotexniki vasitələr satan iki nəfər saxlanılıb.
 
Moderator.az xəbər verir ki, rayon Polis İdarəsinin əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışına qarşı profilaktik tədbir keçirilib. Tədbir zamanı pirotexniki vasitələrin satışı ilə məşğul olan iki nəfər müəyyən olunaraq saxlanılıb.
 
Onlardan müxtəlif növ yüksək səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.
 
Həmin şəxslər barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər