Bizi sosial şəbəkələrdən izləyin:
Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə və Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç prosesi baş tutub, evlərin açarları sakinlərə təhvil verilib.
Moderator.az xəbər verir ki, açarların təhvil verilmə mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında, eyni zamanda Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.