“Bəlkə bundan sonra yaramıza su səpilər” - Hökümə Əliyevanın qardaşı-FOTO+ÖZƏL
2412
12:25, Bu gün

“Bəlkə bundan sonra yaramıza su səpilər” - Hökümə Əliyevanın qardaşı-FOTO+ÖZƏL

“Bu gün Aktauda baş verən faciədən bir il keçir. Hamı gəlib-gedir, başsağlığı verir və bizə təsəlli olurlar. Dekabr ayının 29-da da il mərasimi olacaq. Biz dövlətimizə, prezidentimizə inanırıq. Ən böyük istəyimiz və arzumuz bu faciəyə bais olanların tapılaraq, cəzalandırılmasıdır. Bundan sonra bəlkə bir az yaramıza su səpilər”.
 
Bunu Moderator.az-a açıqlamasında Milli Qəhrəman Hökümə Əliyevanın qardaşı Coşqun Nəsibli deyib.
O daha sonra əlavə edib:
 
“Hökümə ilə hər zaman fəxr edirdim. O sağ olanda da, şəhid olandan sonra da.. Hökümənin adı gələndə gözlərimiz dolur, amma onunla həm də fəxr edirik. Biz avropalılardan müasirliyi öyrənə bilərik, onlar da bizdən qəhrəmanlığı öyrənsinlər. Mən özüm tarix müəllimiyəm. İstər məktəbdəki uşaqlara, istərsə də öz övladlarıma hər zaman qəhrəmanlığı aşılamışam. Bu hadisə olmazdan öncə də mən uşaqlara bacım haqda danışırdım. Höküməni misal çəkib deyirdim ki, istəsəniz hazırlıqsız, savadınız ilə ali məktəblərə daxil ola bilərsiniz. Hökümə öz hesabına bir neçə dil öyrənmişdi. Hökümə soyuqqanlı, təmkinli xanım idi. Hadisələrə real gözlə baxırdı. İstənilən situatsiyadan çıxış yolu tapırdı. Mənə də deyirdi ki, özün üçün dil öyrən. Son danışığımızda dedi ki, “daim təmkinli ol, səbrli ol, heç kimin yox, ürəyinin sözünə qulaq as”. Hökümənin xatirəsini əbədiləşdirirlər. Dilarə Əliyeva da bu günlərdə süni intellekt vasitəsilə “Sənə qurban” adlı qısametrajlı film təqdim etdi. Bütün bunlar bizim üçün böyük təsəllidir”.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər