Növbəti köç karvanı Horovlu və Sos kəndinə çatdı, açarlar təqdim olundu - FOTOLAR
Bizi sosial şəbəkələrdən izləyin:
Xocavənd rayonunun Sos və Cəbrayıl rayonunun Horovlu kəndinə köçürülən ailələr kəndə çatıblar, evlərin açarları təqdim olunub.
Moderator.az xəbər verir ki, açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.