“Bir az anası kimi danışır, amma Dilarəni yamsılamır, demişəm ki...” - babasından Banuya - FOTO+ÖZƏL
327
10:56, Bu gün

“Bir az anası kimi danışır, amma Dilarəni yamsılamır, demişəm ki...” - babasından Banuya - FOTO+ÖZƏL

“Banu bu sənəti seçəndə mən də, Elmira xanım da, anası Dilarə xanım da ona dəstək olduq. Heç bir əks təsir göstərmədik. Ona tövsiyyə etdik ki, tamaşalara baxsın, aktyorların həyatı ilə maraqlansın. Öz həyatımızdan misal çəkdik və dedik ki, biz göz önündəyik. O da bütün bunları biləndən sonra bu sənəti seçdi. 2-ci kursda təhsil alır. Çox böyük həvəslə oxuyur. Gələcəyi artıq onun  taleyindən, istedadından və həyatdakı şansından asılıdır. İmtahan tamaşalarını təhvil verdilər. Baxdım, məsləhətlərimi də etdim. Hələ ki, ikinci kursdur. Universiteti bitirib gələn uşaqlar belə hələ tam bişmiş, yetkin olmur. Bir ona sevinirəm ki, çox güclü müəllimləri var”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Vidadi Əliyev deyib.
O daha sonra əlavə edib:
 
“Banu uşaq vaxtından Dilarə kimi danışır. Bunu bizə bir çoxları deyir. Biz də deyirik ki, elə danışma, danışanda tələsmə. Məsləhətlər veririk. Anasıdır da, səsi bənzəyir. Amma Dilarəni yamsılamır. Ən böyük müğənniyə, aktyora özünü oxşada bilərsən. O adam olub, sözünü deyib, sən nə vaxt sözünü deyəcəksən? Bax məsələ budur”.
 
O daha sonra gəlini, əməkdar artist Dilarə Əliyevadan danışıb:
“Dilarə mənim gəlinim yox, qızımdır. İrəvan teatrında Dilarənin həm direktoru olmuşam, həm tərəf müqabili, həm də rejissoru. Çox fədakar aktrisadır. Hər bir rejissora, aktyora, direktora Dilarə kimi aktrisa arzulayıram. Təsəvvür edin ki, onunla teatrda tamaşa hazırlayanda əsəri vaxtından tez səhnələşdirirdik. Bu insan bir dəqiqə fasilə etmirdi. Onun həm komik, həm də dramatik rolları olub. Aktrisa kimi üzərində çalışmaqdan bezib-usanmır”, - deyə xalq artisti bildirib.
Link kopyalandı!
Son xəbərlər