314
15:36, Bu gün

"2026-cı il Qırmızı Odlu At ili: enerji, hərəkət və yeni başlanğıclar dövrü" - KİV-lər

 
"Astroloqlar 2026-cı ilin xüsusilə At, Pələng, İt və Keçi illərində doğulanlar üçün daha uğurlu keçə biləcəyi qənaətindədir..."
 
Şərq (Çin) təqviminə görə, 2026-cı il At ili kimi qeyd olunacaq. Yeni il ənənəvi olaraq 1 yanvarda deyil, 17 fevral 2026-cı ildən etibarən başlayacaq. İlin tam adı Qırmızı Odlu At ilidir.
 
Moderator.az xəbər verir ki, bu barədə "kp.ru" nəşri yazıb.
 
Şərq təqviminə görə ilin əsas rəmzi və onun mənası
At Şərq astrologiyasında azadlıq, sürət, cəsarət və həyat eşqi ilə assosiasiya olunur. Od ünsürü isə bu xüsusiyyətləri daha da gücləndirərək ili dinamik, ehtiraslı və riskli qərarlar üçün əlverişli edir.
 
Astroloqlar hesab edir ki, At durğunluğu sevmir. Bu il dəyişikliklərə açıq olmaq, yeni layihələrə başlamaq, iş və yaşayış yerini dəyişmək, səyahət etmək üçün münasib zamandır. 
 
Eyni zamanda, Od ünsürü ikili xarakter daşıyır: ilham verir, amma ehtiyatsızlıq olduqda təhlükə də yarada bilər. Buna görə tələskənlikdən çəkinmək tövsiyə olunur.
 
Evi, bayramı və hədiyyələri At ilinə uyğunlaşdırmaq
 
At kollektivliyi və enerjini sevdiyi üçün 2026-cı ili tək deyil, ailə və dost çevrəsində qarşılamaq məsləhətdir. Açıq havada keçirilən tədbirlər, aktiv əyləncələr, musiqi və rəqs bu ilin ruhuna daha uyğundur.
Evin bəzədilməsində etnik üslub, təbii materiallar - ağac, kətan, pambıq, əl işləri, bitkilər ön planda olmalıdır. At fiqurları varsa, onların başı mütləq yuxarı qalxmış vəziyyətdə olmalı və qapıya tərəf deyil, evin içinə doğru yönəlməlidir. Bu, bolluq və uğurun evə daxil olmasını simvolizə edir.
 
Bayram süfrəsində bitki əsaslı yeməklər, göyərti, taxıl məhsulları, tərəvəzlər üstünlük təşkil etməlidir. Şərq ənənəsinə görə, At dəniz məhsullarını "sevmir", at ətindən hazırlanan yeməklər isə qətiyyən uyğun sayılmır. İçkilərdə güclü spirt əvəzinə şərab və yüngül kokteyllərə üstünlük verilir.
 
Hədiyyələr aktivlik və inkişafla bağlı olmalıdır: idman və fitnes abonementləri, səyahət aksesuarları, sertifikatlar, kitablar, texnoloji və yaradıcı məhsullar Atın enerjisini gücləndirən seçimlər hesab olunur.
Karyera, münasibətlər və şəxsi inkişaf
 
Qırmızı Odlu At ili çalışqanlıq, sədaqət və məqsədyönlülüyü mükafatlandıran bir dövr kimi qiymətləndirilir. Xüsusilə yayın ikinci yarısı və payızın əvvəli karyera yüksəlişi və mühüm qərarlar üçün əlverişli sayılır. Risklərdən qorxmayanlar bu il ciddi nəticələr əldə edə bilərlər.
Şəxsi münasibətlərdə ehtiras və sürətli yaxınlaşmalar ön plana çıxır. Bu dövr nişan, evlilik və yeni münasibətlər üçün münasib hesab olunur, lakin tərəflərin şəxsi sərhədlərinə hörmət vacibdir. Sağlamlıq baxımından enerji yüksək olacaq, amma həddindən artıq yüklənmə və tələskənlik zədələrə səbəb ola bilər.
 
Astroloqlar bildirir ki, 2026-cı il xüsusilə At, Pələng, İt və Keçi illərində doğulanlar üçün daha uğurlu keçə bilər. Yaradıcılıq sahəsində isə ilhamın artması, yeni ideyalar və özünü ifadə imkanlarının genişlənməsi gözlənilir.
Link kopyalandı!
Son xəbərlər