Bizi sosial şəbəkələrdən izləyin:
Dekabrın 20-də Qazax rayonunun Dəmirçilər kəndində baş verən yol-nəqliyyat hadisəsində həyatını itirən 24 yaşlı Nicat Alıyevin hərbi polis əməkdaşı olduğu məlum olub.
Mərhumun müxtəlif fotoları sosial şəbəkə platformalarında paylaşılmağa başlanıb.
Xatırladaq ki, qəza zamanı minik avtomobili daş hasara çırpılıb. Hadisə nəticəsində avtomobildə olan 29 yaşlı Mustafa Vələdov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xilas olub.
Nicat Alıyevin fotolarını oxuculara təqdim edirik. /Milli.az/