“Həmin şəkil erməni jurnalistin əlinə keçdiyi üçün Rusiyada mənə problem yaratdılar” - Obamanın oxşarı - FOTO+ÖZƏL
1541
10:32, Bu gün

“Həmin şəkil erməni jurnalistin əlinə keçdiyi üçün Rusiyada mənə problem yaratdılar” - Obamanın oxşarı - FOTO+ÖZƏL

“Obamaya oxşarlığım bu gün də mövcuddur. Bunu qoruyub saxlamışam. Amma etiraf edim ki, bu oxşarlıqdan bir o qədər də qazanc əldə etmədim. Reklamlar olurdu, şəkil çəkdirib pul qazanırdım, bundan başqa siyasi partiyalardan birində də fəaliyyətim var idi. Bu günlərdə Qəbələ rayon təşkilatı üzrə sədr təyin olunmalıyam. Xarici ölkələrdən birində oxşarlıqla bağlı çəkiliş planlaşdırılıb. Onu gözləyirəm. Hər zaman oxşarlığımı qorumuşam, heç yerə yerli-yersiz çəkilməmişəm, şəkil çəkdirməmişəm. İstəməmişəm ki, oxşarı olduğum prezidentə söz gəlməsin”.
 
Bunu Moderator.az-a açıqlamasında Amerika Birləşmiş Ştatlarının 44-cü prezidenti Barak Obamanın azərbaycanlı oxşarı Asif Mustafayev deyib.
 
O daha sonra əlavə edib:
“Son 3-4 ili səhhətimdə ciddi problemlər yarandı. Yol qəzası keçirmişdim, onurğamda ciddi problem yaranmışdı. Həkim işinə səhlənkar yanaşmışdı, demək olar ki, gəzə bilmirdim. Sonra böyük çətinliklə səhhətim düzəldi. Çin səhiyyəsi məni sağaltdı. Buna görə rəssamlıq fəaliyyətimlə də məşğul ola bilmirdim. Oturub işləmək mənə çətin idi. İndi artıq sərgi düşünürəm.
 
Obama ilə, həyat yoldaşı Mişel xanımla əlaqəm var. Bəzi şeylər var ki, onu açıq deyə bilmirəm. Hətta Bayden özü seçki kampaniyasında Azərbaycanda oturub onun təşviqatını apardığıma görə mənə təşəkkür etmişdi. Hillari Klinton da məni tanıyır. O da bilirdi ki, Obamanın oxşarıyam. Bundan əvvəl mən teatrda da işləyirdim, Arif Quliyevlə səhnəyə də çıxmışam. Amma o vaxta qədər tanınmamışdım. Obama mənə uğur gətirdi, onun sayəsində tanındım”.
 
Asif Mustafayev Rusiyadakı fəaliyyətindən də danışıb:
"Rusiyada “Oxşarlar teatrı”-na üzv olmuşdum. Həmin truppada ən çox seçilən mən idim. Hər dövrün prezidentinin bir truppası yaranmışdı. Dünyasını dəyişən prezidentlərin oxşarları, bir də həyatda olan prezidentlərin oxşarları... Bizim əsas işimiz orada xüsusi günlərdə, yay mövsümündə küçədə dayanıb, şəkil çəkdirmək idi. Məhdudiyyətimiz var idi. Dünyasını dəyişən prezidentlərin oxşarları tam azad idilər. Onlar necə gəldi şəkil çəkdirirdilər. Mövcud prezidentlərin oxşarlarına isə məhdudiyyət qoyulurdu. O hər addımı ata bilməzdi. Reklam çarxları, müsahibələr olurdu. Mənim “Oxşarlar teatrı”-nda ən böyük uğurum bilirsiniz nə idi? 2010-2011-ci illərdə orada olanda mənimlə şəkil çəkdirən insanlarla gizlin olaraq Xocalı soyqrımının fotolarını bölüşürdüm. Onları məlumatlandırırdım. Təbliğatla məşğul olurdum. Bunu biləndən sonra mənə Rusiyada problem yaratdılar. Sən demə həmin fotolardan biri erməni jurnalistinin əlinə keçibmiş. Həmin gizlin planım pozuldu. Pandemiya dövrünə qədər gedib-gəlirdim. Sonra bizim barədə maraqlanan olmadı. Rusiya-Ukrayna müharibəsindən sonra həmin truppadan əsər-əlamət qalmadı. İndi nə maraqlanan yoxdur, nə də soruşan. Həmin teatr qalsaydı da o hadisədən sonra ora getməzdim. Ona görə getməzdim ki, hər dəfə Putinin siyasi fəaliyyətinə dair fikirlər bildirirəm və onun işğalçılıq siyasətini pisləyirəm. Bundan sonra inanmıram ki, Rusiyaya gedim. Bunu həm də özüm üçün təhlükə sayıram”.
Link kopyalandı!
Son xəbərlər